"FRANKOFONİYA HƏFTƏLƏRİ: MƏNƏ BİR LOQO ÇƏK!" MÜSABİQƏSİNİN ELANI

Frankofoniya Həftələrinin 2018-ci il (1-14 aprel 2018) buraxılışı münasibətilə, Belçika, Fransa, Macarıstan, Litva, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə Səfirlikləri, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Fransız İnstitutu, Azərbaycanda Frankofoniya Həftələri loqosunun vizual tərtibatı üzrə müsabiqə keçirir. 7 fevral çərşənbə günü saat 14.30-da, Füzuli 67 küçəsində yerləşən, Azərbaycan Fransız İnstitutunda baş tutacaq Mətbuat Konfransı zamanı, müsabiqəyə  start veriləcək.

İştirak etməyi arzu edənlər, təkliflərini francophonie@ifa.az elektron ünvanına fevralın 25-nə qədər göndərməlidirlər. Sözü gedən loqo, Beynəlxalq Frankofoniya Təşkilatını xatırlatmalıdır və Bakı Frankofoniya Həftələrinin bütün xəbər məzmunlu vasitələrində istifadə ediləcək.

Beynəlxalq Frankofoniya təşkilatında üzv və müşahidəçi statusu daşıyan 10 ölkənin Səfirlikləri, Frankofoniya 2017 Həftələrinin təşkil etdiyi 20-yə yaxın tədbirində təmsil olunmuşdur. Hazırkı 2018-ci il buraxılışın təşkil olunmasında, 10-a yaxın təşkilat iştirak edir.

Beynəlxalq Frankofoniya təşkilatına 84 dövlət və hökümət daxildir, onlardan 58-i üzv, 26-ı isə müşahidəçi statusu daşıyır. Onları birləşdirən cəhətlər, fransız dili və ümumi dəyərlərdir.

 

Əlavə məlumat üçün: https://www.francophonie.org/

 

   Maddə 1.  Kontekst və Təşkilatçılar

30 mart – 15 aprel tarixlərində keçiriləcək Frankofoniya 2018 Həftələri münasibətilə, Fransanın Azərbaycandaki Səfirliyi və Azərbaycan Fransız İnstitutu, Frankofoniya 2018 Həftələrinin loqosunun tərtibatı üzrə müsabiqə keçirir.

Hər il 20 mart tarixində, Beynəlxalq Frankofoniya Günü qeyd edilir. Dünya üzrə 5 qitədə yaşayan 220 milyon frankofon, sahib olduqları dilin müxtəlifliyini, ifadələrə həsr olunan müsabiqələr, tamaşalar, kinofestivallar, ədəbi görüşlər, gastronomik görüşlər və sərgilər vasitəsilə qeyd edirlər.

Frankofoniya Həftələri, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrin Səfirliklərinin təşəbbüskarlığı ilə aprel ayı ərzində qeyd edilir.

 

Maddə 2. İştirak Şərtləri

Müsabiqədə iştirak etmək üçün yaşından, peşəsindən asılı olmayaraq istənilən şəxs müraciət edə bilər. Fərdi və qrup şəklində iştirak etmək mümkündür.

İştirakçılar işlərini 25 fevral 2018-dən gec olmayaraq, jpeg və dizayn proqramlarında (CorelDraw, Illustrator, Photoshop) istifadə edilə bilən formatda, francophonie@ifa.az elektron ünvanına göndərməlidirlər.

Göndəriləcək layihələrə,həmçinin, loqonun qısa təsviri daxil edilməlidir.

 

Maddə 3. Münsiflər heyəti və seçim meyarları

Münsiflər heyəti Azərbaycanda Frankofoniya Həftələri çərçivəsində tədbirlər təklif edən təşkilatların nümayəndələrindən ibarət olacaq. Loqo seçimi aşağıda göstərilən meyarlar üzrə aparılacaq :

  • Dəqiqlik meyarı
    • Loqo dəqiq olaraq Beynəlxalq Frankofoniya Təşkilatını xatırlatmalıdır ( yuxarıda təşkilatın rəsmi loqosu göstərilib).
    • « Azərbaycanda Frankofoniya Həftələri » ifadəsindən ibarət olmalıdır.
    • Eyni dizayna malik və baş tutacaq tədbirlərin rəsmi iki dilinə (fransız, azərbaycan) müvafiq, 2 versiyadan ibarət loqo hazırlanmalıdır.

 

  • Daimilik meyarı: Frakofoniya Həftələrinin hər yeni buraxılışında istifadə edilə bilməsi məqsədilə, loqo heç bir tarix qeydi daşımamalıdır.

 

  • Estetizm meyarı

Yekun mərhələdə, münsiflər heyəti və finalistlər seçimi üzrə komitənin  qərarı, müstəqil və həmişəlikdir.

 Maddə 4. Müəllif hüquqlarının verilməsi

 İştirakçılar, müsabiqə çərçivəsində tərtib olunacaq loqonun müəllif hüquqlarının, azərbaycanın ümumi ərazisinə və sonsuz şəkildə verilməsini qəbul edirlər. Onun istifadəsi üçün heç bir məvacib tələb oluna bilməz.

Sözü gedən loqo, Frankofoniya Həftələri boyunca təşkil ediləcək bütün tədbirlərə istinad edən sənədlərə əlavə ediləcək.

 

Maddə 4. Mükafat

Qalib olan şəxs, Frankofoniya Həftələrinin açılışı münasibətilə 28 mart 2018-ci il tarixində Landmark otelində baş tutacaq mətbuat konfransda mükafatlandırılacaq.

300 AZN məbləğində mükafat Fransız İnstitutu nümayəndəsi tərəfindən ona təqdim ediləcək.

 

 

"Неделя Франкофонии: Нарисуй мне лого!" 
7 февраля стартовал конкурс, посвященный Неделям Франкофонии, которые пройдут в Азербайджане с 28 марта по 15 апреля.

Победитель получит денежную премию от Института Франции в размере трехсот манат и примет участие в официальном открытии.